AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Afinadan “Türkiyə ilə yeni səhifə” gözləntisi xəbəri - Eksklüziv

  • + A
  • - A
  • 16-02-2023, 13:57

    Afinadan “Türkiyə ilə yeni səhifə” gözləntisi xəbəri -


    Xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün israilli həmkarı Eli Koenlə görüşündən sonra “Ümid edirəm ki, zəlzələ zamanı həmrəyliyimiz Yunanıstanla da yeni səhifə açmağa imkan verəcək” sözləri Afinada əks-səda doğurdu.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakis, Kozanidə keçirdiyi mətbuat konfransında, “Bu faciədən Türkiyə-Yunanıstan münasibətləri üçün yaxşı bir şey çıxa bilər. Ümid edirəm.. Xarici işlər naziri Çavuşoğlunun iki ölkə arasında münasibətlərdə vəziyyətin yaxşılaşa biləcəyi ilə bağlı fikirlərini qeyd elədim”. Deyib.

    HƏMRƏYLİK DAVAM EDƏCƏK

    Bundan dərhal sonra Miçotakis, “Amma bir müddət sonra hər şeyin bir kənara buraxılacağını və keçmişdəki pis vərdişlərin geri dönəcəyini söyləyən ehtiyatlı yanaşmaları da anlayıram. Ümid edirəm ki, bu, heç vaxt baş verməz”, - deyə o əlavə edib.

    Yunanıstanın baş naziri həmçinin bunları deyib:

    - “Türk xalqına dəstək və həmrəylik davam edəcək. Qonşu kimi biz gələcəkdə bu şəhərlərin və rayonların yenidən qurulmasında aparıcı rol oynamaq istəyirik.

    - Mən həmişə dialoq tərəfdarı olmuşam. Baş nazir olduğum 3,5 illik müddətdə mən heç vaxt atəşi yandırmamışam, xalqların münasibətlərini zəhərləməmişəm. Bu dramla xalqlar arasında emosional bağlar ortaya çıxmış oldu.

    - Yunanıstan çəkindirici gücünü artırmağa və ittifaqlar qurmağa davam edəcək. Bunlar illa ki, Türkiyəyə əleyhinə olacaq addımlar deyil”.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR