AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya ilə Avstriya arasında siyasi gərginlik artır - Eksklüziv

  • + A
  • - A
  • 16-02-2023, 23:10

    Rusiya ilə Avstriya arasında siyasi gərginlik artır -


    Rusiya Xarici İşlər Nazirliyi 4 avstriyalı diplomatın düşmənçilik və ədalətsiz addımlar ataraq iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi səbəbilə ölkədən çıxarılacağını açıqlayıb.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə Avstriya arasında siyasi gərginlik artır. Nazirlik Avstriyanın Moskvadakı səfirini nazirliyə çağıraraq Avstriya səfirliyindəki 4 diplomatın persona non-qrata elan edildiyini bildirib. Diplomatlar fevralın 23-dək Rusiyanı tərk etməlidirlər.

    Qeyd edək ki, Avstriya Xarici İşlər Nazirliyinin fevralın 2-də verdiyi açıqlamada 2-si Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı bildirilmişdi. Nazirlik bəyan etmişdi ki, Rusiya səfirliyindəki 2 diplomat “diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib”, bundan başqa, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomat isə “Qərargah haqqında razılaşmaya uyğun olmayan hərəkətlər edib”. Buna görə də, Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilmişdi.


    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR