AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və Ukrayna arasında əsir mübadiləsi edildi - Eksklüziv

  • + A
  • - A
  • 16-02-2023, 23:16

    Rusiya və Ukrayna arasında əsir mübadiləsi edildi -




    Rusiya və Ukrayna arasında əsir mübadiləsi ilə biri mülki olmaqla, cəmi 202 nəfər azad edilib.

    Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, çətin danışıqlar nəticəsində əsir düşən Rusiya Silahlı Qüvvələrinin 101 əsgərinin Kiyev administrasiyasının nəzarətində olan ərazidən geri döndüyü bildirilib.

    Açıqlamada azad edilən əsgərlərin müalicə və reabilitasiya üçün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvaya aparılacağı, əsgərlərə lazımi psixoloji və tibbi yardım göstərildiyi bildirilib.

    Ukrayna: "100 ukraynalı əsgər və 1 mülki şəxs əsir dəyişdirilərək azad edilib."

    Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Telegram hesabından verdiyi yazılı açıqlamada "Ukraynalıları əsirlikdən geri qaytarmağa davam edirik" - dedi.

    Əsir mübadiləsi nəticəsində 100 Ukrayna əsgəri və 1 mülki vətəndaşın azad edildiyini bildirən Yermak, əsgərlər arasında yaralıların olduğunu bildirib.


    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR