Almaniyada uşaq istismarı görüntülərini saxlayan keşiş haqqında araşdırma başladıldı.
Azadmedia.az xəbər verir ki, Almaniyanın Recklinghausen şəhər prokurorluğu bir katolik keşişin üzərində uşaq cinsi istismarı ilə bağlı çoxlu görüntülər olması səbəbi ilə istintaq başlatdı.
Köln prokurorluğu nəzdində fəaliyyət göstərən Kibercinayətkarlıq Mərkəzinin sözçüsü açıqlamasında bildirib ki, məlumatların araşdırılması nəticəsində şübhəli şəxslə bağlı iddialar təsdiqlənib.
Bütün məlumatların qiymətləndirilməsinin çox vaxt aparacağını deyən sözçü ələ keçirilən məlumatların qeyri-adi dərəcədə böyük olduğunu vurğulayıb.
Prokurorluq, katolik keşiş haqqında çoxlu uşağa qarşı cinsi istismar şəkillərinin olması səbəbiylə istintaq başlatdığını açıqlayıb.
Müstəntiqlər keşişin mənzilində axtarış zamanı kompüterlər, sərt disklər və mobil telefonlar ələ keçirmişdilər.
Qeyd edək ki, axtarış zamanı sübutlar ələ keçirildikdən sonra keşiş vəzifəsindən uzaqlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.