Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistana başsağlığı verib.
Bu barədə Nazirliyin "Twitter" səhifəsində paylaşım edib.
“Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda deyilir.
Xatırladaq ki, Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.