NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.
Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də yazıb.
“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.