AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Müdafiə Nazirliyi: Ukrayna radioaktiv təxribata hazırlaşır - Eksklüziv

  • + A
  • - A
  • 20-02-2023, 13:54

    Rusiya Müdafiə Nazirliyi: Ukrayna radioaktiv təxribata hazırlaşır -



    Rusiya Müdafiə Nazirliyi Ukraynanın BMT-nin xüsusi sessiyasından Rusiyanı ittiham etmək üçün radioaktiv maddə ilə təxribat hazırladığını iddia edib.

    Azadmedia.az xəbər verir ki, Rusiya növbəti dəfə bioloji və ya radioaktiv materiallardan istifadə edərək qeyri-ənənəvi silahlarla Ukraynanı təxribata hazırlaşdığını iddia edib. “BMT Baş Assambleyasının 11-ci sessiyası başlamazdan əvvəl Kiyev rejimi Rusiya Federasiyasını Nüvə Təhlükəsizliyi Konvensiyasının öhdəliklərini “kobud şəkildə pozmaqda” ittiham etmək üçün genişmiqyaslı təxribata hazırlaşır”, - Rusiya Müdafiə Nazirliyi bəyanatında bildirib.

    Bu təxribatın həyata keçirilməsi üçün Avropa ölkələrinin birindən Ukraynaya tərkibində radioaktiv maddələr olan konteyner gətirilib və yerli çirklənmənin təyini üçün istifadə edilməsi planlaşdırılan maddənin gömrük yoxlamasından yan keçib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR