Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında “Rusiyanın Ukraynada məğlub olmasını və Ukraynanın öz mövqeyini müdafiə edə bilməsini istəyirəm” deyib.
Azadmedia.az xəbər verir ki, Qərb ölkələrinə müraciət edən Makron, Ukraynaya daha çox silah dəstəyinə ehtiyacın olduğunu vurğulayıb. Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edə biləcəyini ifadə edən Makron, “Rusiyanın Ukraynada məğlub olmasını və Ukraynanın öz mövqeyini müdafiə edə bilməsini istəyirəm. Düşünürəm ki, bəzilərinin düşündüyü kimi Rusiyaya öz torpağında hücum edərək onu tamamilə məğlub etməyi hədəfləməməliyik. Onlar ilk növbədə Rusiyanı əzmək istəyirlər. Amma bu, Fransa üçün heç vaxt belə deyil və bizim üçün də belə olmayacaq, deyə o bildirib.
Makron həmçinin bildirib ki, Rusiyada rejim dəyişikliyi ehtimalı hazırda mümkün görünmür. Keçən cümə günü 59-cu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron indi Moskva ilə dialoqun vaxtı olmadığını vurğulasa da, son məqsədin sülh danışıqları olduğunu bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.