Ukrayna prezidenti Vladimir Zelenski İtaliya mətbuatına açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.
Azadmedia.az xəbər verir ki, “Bu, faydasız dialoq olacaq, əslində Makron vaxtını itirir”, - Zelenski bildirib.
Zelenski, “Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Putini marginallaşdıran onun müharibəyə başlamaq qərarı idi.” Deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.