Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
***
Türkiyədə baş verən son zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hazırda dağıntılar altında qalan 2 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir.
Bundan əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ nəticəsində 294 nəfərin yaralandığı bildirmişdi. Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, ötən axşam Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.