AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da Əfqan aktivlərindən 11 sentyabr təzminatı qarşılanma tələbi rədd edildi - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 13:48

    ABŞ-da Əfqan aktivlərindən 11 sentyabr təzminatı qarşılanma tələbi rədd edildi -



    ABŞ məhkəməsi 11 sentyabr hücumlarının qurbanlarına Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına ödəniləcək təzminat tələbini rədd edib.

    Azadmedia.az BBC-yə istinadən bildirir ki, hakim Corc Daniels dərc etdiyi qərar mətnində ABŞ-ın dondurduğu Əfqanıstan fondlarına daxil olmaq üçün qanuni səlahiyyətlərinin olmadığını və bu səbəbdən bu mənbələrdən təzminatların bu mənbələrdən ödənmə tələblərini rədd etdiklərini bildirib.

    ABŞ prezidenti Co Bayden hökumətinin Taliban administrasiyasını tanımadığını xatırladan Daniels, ABŞ hökumətinin siyasətinə zidd olacağı üçün onun təzminat tələblərinin bu mənbələrdən qəbul etməsinin mümkün olmadığını bildirib.

    11 sentyabr hücumlarına görə hakimlərin təsdiqlədiyi təzminat hüquqlarının qorunduğunu vurğulayan Daniels, "Ancaq bu təzminatları Əfqanıstan Mərkəzi Bankının qaynaqlarından əldə etmək mümkün deyil", ifadəsini işlətdi.

    Əfqan xalqına və ya əvvəlki Əfqanıstan İslam Respublikası hökumətinə təzminatların tətbiq edilməməsi lazım olduğunu bildirən Daniels, "11 sentyabr terror hücumlarından məsul olan Taliban bunun əvəzini ödəməlidir" dedi.

    ABŞ administrasiyası Əfqanıstan Mərkəzi Bankının beynəlxalq maliyyə qurumlarındakı hesablarında olan 3,5 milyard dolları Talibanın ölkədə idarəetməni ələ keçirməsindən sonra dondurub.

    Taliban administrasiyası və Əfqanıstan qeyri-hökumət təşkilatları 3,5 milyard dolların azad edilməsini tələb edir. ABŞ administrasiyası isə Taliban administrasiyasını rəsmən tanımadığı üçün sözügedən ehtiyatın Talibanın əlinə keçməsini istəmir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR