AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrandan İngiltərənin Sanksiyalarına cavab - Müvəqqəti işlər vəkili nazirliyə çağırıldı - Eksklüziv

  • + A
  • - A
  • 22-02-2023, 15:08

    İrandan İngiltərənin Sanksiyalarına cavab - Müvəqqəti işlər vəkili nazirliyə çağırıldı -


    İran İngiltərənin sanksiyalarına cavab olaraq Tehranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

    Azadmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "İngiltərə səfirliyinin müvəqqəti işlər vəkili İzabelle Marş İrana qarşı əsassız ittihamların davam etdirilməsinə etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırılıb".

    İngiltərənin Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyaları “siyasi” adlandıran bəyanatda, “immiqrantlara və müsəlmanlara qarşı ən ciddi ayrı-seçkiliyə icazə verən və beynəlxalq hüququ pozaraq qaçqınları Ruandaya zorla köçürən bir ölkənin, insan haqlarından danışmağa haqqı yoxdur”, deyilib.

    İngiltərənin müvəqqəti işlər vəkili Marş bildirib ki, İranın reaksiyasını Londona çatdıracaq.

    Qeyd edək ki, İngiltərə ötən gün İranda "insan hüquqlarının pozulması" səbəbiylə bəzi İran məhkəmə rəsmiləri, yüksək rütbəli hərbi məmurlar və iki regional qubernatora sanksiya tətbiq etmək qərarına gəlmişdi.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR