AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanada hökuməti: “Çinin müşahidə fəaliyyətlərini izlədik və blokladıq” - Sərt reaksiya - Eksklüziv

  • + A
  • - A
  • 23-02-2023, 13:07

    Kanada hökuməti: “Çinin müşahidə fəaliyyətlərini izlədik və blokladıq” -


    Kanada bu yaxınlarda Çinin ölkənin şimalındakı hava və dəniz bölgələrində müşahidə fəaliyyətlərinin izləndiyini və bloklandığını açıqladı.

    Azadmedia.az-ın xəbərinə görə, Kanadanın dövlət televiziyası CBC xəbər verir ki, Kanada Müdafiə Nazirliyinin sözçüsü Daniel Le Bouthillier, "Çinin Kanada hava və dəniz məkanında müşahidə əməliyyatları aparmaq üçün son səylərindən tam xəbərdar olduqlarını" söylədi.

    Le Bouthillier, Kanada ordusunun, LIMPID adlı əməliyyat çərçivəsində 2022-ci ildən bəri Kanada ərazilərində casusluq cəhdlərini izlədiyini və qarşısını aldığını ifadə edərək, "Hazırda əməliyyatların bütövlüyünü təmin etmək üçün əlavə məlumat verə bilmirik" dedi.

    Kanadanın xarici işlər naziri Melani Coli də dünən CNN televiziyasına müsahibəsində deyib ki, “Çin getdikcə dağıdıcı gücə çevrilir”.

    Şimali Amerika hava məkanını qorumaq üçün ABŞ ilə birlikdə hərəkət edəcəklərini və Kanadaya qarşı xarici müdaxilə xəbərləri ortaya çıxdıqda Arktikanın suverenliyinin qorunmasında güclü mövqe tutacaqlarını vurğulayan Coli, “Çin məsələsinə gəlincə, biz, lazım olarsa Çinə qarşı duracağıq”, dedi.

    Baş nazir Trudeau, dünən mövzu ilə bağlı verdiyi açıqlamada, Çinin seçkilərə müdaxiləsi iddialarını "fövqəladə ciddi problem" olaraq xarakterizə etdi və bu iddialarla bağlı yeni bir araşdırmanın aparılmasını dəstəklədiyini söylədi.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR