BAKI, 23 fevral — Azadmedia.az.
Nigeriyada fevralın 25-də keçiriləcək ümumi seçkilərə iki gün qalmış ölkənin Şərqi Enuqu bölgəsində senator namizədi öldürülüb.
Milli mətbuatın məlumatına görə, İşçi Partiyasının Senat namizədi Amechi Awkunanaw seçki kampaniyasından qayıdarkən güllələnib.
Silahlı şəxslər senator namizədi və onun yanında olan 5 nəfəri öldürüb, onların cəsədlərini maşınları ilə yandırıblar.
"Partiya üzvlərimiz ştatda İşçi Partiyasının yüksəlişini təhlükə kimi görən və şənbə günü keçiriləcək seçkiləri uduzmaqdan qorxan siyasi partiyalar tərəfindən öldürülür", deyə Enugu əyalətinin LP qubernatorluğuna namizədi Çicouk Edeoga bu barədə bildirib.
Ölkənin cənubunda İşçi partiyası kampaniyaları və siyasi fəaliyyətlər bir neçə dəfə hücuma məruz qalıb.
Təxminən 206 milyon əhalisi olan Nigeriyada prezident seçkiləri fevralın 25-də, qubernator seçkiləri isə martın 11-də keçiriləcək.
Qeyd edək ki, Boko Haram və Biafra terror təşkilatları ölkədəki seçkilərdə güvənliyə təhlükə yaradır.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.