“Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı Report-un əməkdaşının sualını cavablandırarkən deyib.
Azərbaycanlı jurnalistin onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, - deyə cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.