"Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb:
"Həmin müddət ərzində müəllimlərin orta aylıq əməkhaqqı məbləği 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır".
O bildirib ki, 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.