Bakı, 28 fevral - Azadmedia.az
Avstriya kəşfiyyatı WhatsApp və Telegram-ı yoxlamaq etmək istəyir.
Avstriya kəşfiyyatı təhlükəsizlik problemlərini əsas gətirərək WhatsApp və Telegram kimi mesajlaşma proqramlarını yoxlamaq istəyir.
Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəhbəri Omar Haijawi-Pirchner "Der Standard" qəzetinə verdiyi açıqlamada insanların telefon danışıqları yerinə daha çox ünsiyyət proqramlarından istifadə etdiyini və bu proqramların təhlükəsizlik baxımından yoxlanılması lazım olduğunu bildirib.
Haijawi-Pirchner cinayət təşkilatlarının və təhlükəli elementlərin bu proqramlar vasitəsilə əlaqə saxladığını və kəşfiyyat bölməsi olaraq bu tətbiqlərə nəzarət etmək üçün texniki imkanlara malik olmadıqlarını bildirib.
Haijawi-Pirchner, bu tətbiqlərin texnologiyalarına bənzər bir sistemin nəzarət məqsədi ilə kəşfiyyat bölməsinin əhatə dairəsində olması lazım olduğunu ifadə edərək, müxtəlif ekstremist qrupların nəzarətsiz proqramlardan istifadə edərək hücum etmə ehtimalının çox yüksək olduğunu irəli sürüb.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.