Müdafiə Nazirliyindən Azadmedia.az-a bildirilib:
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.