Bakı, 7 mart - Azadmedia.az
Şimali Koreya lideri Kim Yonqun bacısı Kim Yo-jonq bəyan edib ki, ABŞ-ın ölkəsinin raket sınaqlarına mane olması müharibə elanı sayılacaq.
Yonhap-ın Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə əsaslanan hesabatına görə, ABŞ və Cənubi Koreyanın bütün hərbi fəaliyyətinin yaxından izləndiyini bildirən Kim, Şimali Koreyanın qitələrarası ballistik raket buraxacağı təqdirdə ABŞ-ın onu dərhal dayandıracağı ilə bağlı xəbərlərə cavab verib.
Kim Koreya yarımadasında birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreyanın öz ölkələrinə qarşı istənilən cəhdinə “cavab verməyə” hazır olduqlarını qeyd edib.
Şimali Koreyanın raket sınaqlarının ABŞ-ın yurisdiksiyasından kənarda olduğunu deyən Kim, “Qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən açıq sularda və havada strateji silah sınaqlarımıza hərbi cavab veriləcək," ifadəsini işlətdi.
Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada yarımadada şiddətli fiziki qarşıdurma ola biləcəyi xəbərdarlığı edilib və ABŞ-dan Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimləri dayandırmağa çağırılıb.
Bəyanatda vurğulanıb ki, beynəlxalq ictimaiyyət ABŞ və Cənubi Koreyanın döyüş təlimlərini dərhal dayandırmaq üçün addımlar atmalı və Şimali Koreyanın bölgədəki “sülh səylərinə” töhfə verməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.