İYİ Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun Millət Alyansının prezidentliyə namizədi elan edilməsindən sonra “Millətimizin iradəsi ilə tarix yazacağıq” mesajını paylaşıb.
Azadmedia.az türk mediasına istinadla xəbər verir ki, bu gün Səadət Partiyasının (SP) Ümumi Qərargahında Millət İttifaqına daxil olan 6 siyasi partiyanın liderlərinin toplantısından sonra SP sədri Temel Karamollaoğlu ittifaqın prezidentliyə namizədinin Kamal Kılıçdaroğlu olduğunu açıqlayıb.
İYİ Partiya sədri Meral Akşener bu axşam sosial media hesabında fotolarla birlikdə "Millətimizin iradəsi ilə tarix yazacağıq" mesajını paylaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.