Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir.
Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan Lente.ru-ya müsahibəsində deyib.
"Türkiyənin indi yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır", - deyə vurğulayıb.
O qeyd edib ki, yalnız bu formatda münaqişə tərəfləri sülh yolu ilə nizamlanma üçün kompromis həll yoluna gələ biləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.