Bakı, 9 mart — Azadmedia.az
Şimali Makedoniyanın Kalkandelen Maarif məktəblərinin şagirdləri Türkiyədə zəlzələdən zərər çəkənlər üçün xeyriyyə yarmarkası təşkil ediblər.
Fevralın 6-da baş verən zəlzələdən sonra başlayan yardım kampaniyasına Şimali Makedoniyadan olan tələbələr də qatılıb.
Kalkandelen Beynəlxalq Maarif Məktəbinin şagirdləri “Bir Konteyner də Bizdən Kampaniyası” çərçivəsində evdə hazırladıqları yeməkləri sataraq ianə toplayıblar.
Məktəblərinin yardım kampaniyasına qatılan şagird və müəllimlər zəlzələdən zərərçəkənlər üçün ianə ediblər.
Yarmarkadan əldə edilən gəlir zəlzələdən zərər çəkən ailələrə çatdırılmaq üçün Türkiyəyə köçürüləcək.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.