Bəli, Zəlzələ qəfil və gözlənilməz xarakterinə görə travmatik təsirlər yaradan, təbiətcə həyat üçün təhlükə yaradan dağıdıcı təbii fəlakətdir. Zəlzələdə yerlə birlikdə güvən duyğumuzun da sarsıldığını hiss edə bilərik. Özümüzü çarəsiz hiss edə bilərik, müəyyən mənada qəzəb ortaya çıxa bilər və zaman-zaman evdə təhlükəsiz olduğumuz üçün özümüzü günahkar hiss edə bilərik. Qeyri-müəyyənlik bizi qorxuda bilər. Zəlzələdən sonra bir çox fiziki, emosional və zehni əlamətlər hiss edə bilərik. Qeyd etmək lazımdır ki, bu reaksiyaların hamısı qeyri-adi hadisəyə qarşı verilən normal reaksiyalardır.
Bu simptomlar insandan insana dəyişə bilər. Zəlzələ təcrübəsi fərdlərə müxtəlif yollarla təsir edə bilər. Buna görə də özünüzü və başqalarını qiymətləndirərkən yadda saxlamaq lazımdır ki, biz unikalıq və hər kəs eyni reaksiya verə bilməz.
Qardaş Türkiyədə baş verən 7,5 bal gücündə zəlzələ və davam edən afterşoklar fizioloji, emosional və davranış problemlərinə səbəb olur. Elə bu səbəbdən Azadmedia.az olaraq mütəxəssislərə üz tutduq. Zəlzələnin travmasını aradan qaldırmaq üçün mümkün qədər tez rutin işə və gündəlik həyata qayıtmağın vacibliyini vurğulayan mütəxəssislər, tez-tez hadisəni beyninizdə canlandırır və narahatlıq, yorğunluq, iştahsızlıq hiss etdiyiniz zaman peşəkar dəstək almağınızı tövsiyə edir.
“Zəlzələdən travma alan Fərdin psixoloji vəziyyətinə, yaşayış şəraitinə və tətbiq oluna bilmə səviyyəsinə uyğun olaraq üsul müəyyən edilməlidir”
Bu minvalla, Psixoloq Nəhayət Şirinova zəlzələnin psixoloji təsirlərini dəyərləndirdi.
Həqiqətən də yaşamımız boyunca qarşılaşacağımız təbii hadisələrdən, özümüzə gizli qalan olacaqlardan heç birimiz sığortalanmamışıq.
Elə qardaş Türkiyəmizlə birgə yaşadığımız son arzuolunmayan zəlzələ faktı, zəlzələ faciəsi, günahsız insan həyatına susayan zəlzələ hadisəsi də bu qəbildəndir.
Nədir zəlzələ və niyə baş verir?? Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani titrəməsidir.
Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində yaranır. Planetin daxilindəki enerji tədricən toplanır və hər hansı yerdə süxurların müqavimət qabiliyyətindən artıq olduqda, onların parçalanması və ya çatlaması ilə müşayiət olunur. Bu, hər tərəfə yayılan və öz yolu qarşısındakı maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi sayılır. Mərkəzdə titrəyiş həmişə qısa müddətli olur və sonra ətrafa yayılır. Bəli anlayış olaraq bizi vahiməyə salan bu dəhşət əfsuslar olsun ki, zamanla bəşəriyyətə öz qara damğasını vurmağa davam edir.
Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş və "Əsrin fəlakəti" adlanan zəlzələ də təkcə bir ölkəni deyil, bütün dünyanı riqqətə gətirən bir dəhşətli təbii fəlakət idi.
Olduqca dağıdıcı qüvvəyə malik olan bu fəlakət, özündən sonra milyonlarla ürəyi yaralı, şok, travma yaşayan böyük bir insan kütləsi buraxmış oldu. Bugün bu ölkə ilə ürəyi bir döyünən hər kəs, adi insanlar da,
mütəxəssislər də zəlzələdən sonra həmin bölgənin sakinlərinin yaşadıqları travmaları qiymətləndirərək, psixoloji bərpa proseslərini müşahidə etməyin vacibliyini və yollarını araşdırırlar.
Bu acı taleyi yaşayan türk qardaş və bacılarımıza, burda zərər çəkmiş, həyatı kabusa dönən insanlara necə psixoloji dəstək ola bilərik, onların yenidən cəmiyyətə qazandırılmasında nə kimi rolumuz ola bilər, nədir çıxış yolu, nə etməliyik??
Bəli bugün vicdanı olan hər kəsi bu suallar düşündürür.İnsanlarda fiziki və emossional stress hissini artıran səbəblər sırasında zəlzələdə yaşanan şok hallarının birbaşa göstəriciləri vardır.
Davamlı qorxu hissi, qarabasmalar, dəhşətli olayın təkrarlanma duyğusu, halsızlıq, depressiv vəziyyətlər, üzəkbulanma, sinir ağrıları, yuxusuzluq, ən ağır hallarda isə şizofreniya əlamətləri.
İnsan davamlı bu dəhşətli hadisənin təsiri altında olduğundan həmən halın yenidən yaşanacağı fobiyası ilə üz-üzə qalır.
Belə olduqu hallarda isə həmən insanların yaxınları, yaxın icmalarda əhatələnən insanlar və xüsusiylə bu sahədə kömək edə biləcək mütəxəssislərdən olduqca böyük səbr, dözüm və iradə tələb olunur.
Dəhşətli hadisəni canlı olaraq yaşayan hər hansı bir fərdin qısa zaman kəsiyində heç nə olmamış kimi həyata davam etməsi qeyri mümkündür.
Hər kəs individual dır, güclü və zəif psixologiyaya malik insan tipləri vardır. Odur ki, situatsiyanı hər kəs özünə görə yaşayır.
İlkin olaraq hər kəs ibtidai bilgilərlə onlara yardımçı olmağı bacarmalıdır. Məlumdur ki, isterik hallar qaçılmazdır. Vəziyyəti daha tez kontrol altına ala bilən güçlü psixologiyaya malik olan insanların dəstəyi burda daha çox özünü göstərmiş olur.
Əslində o dəhşəti yaşayan güclü iradə sahiblərində kecmişdən bəri bizim şüuraltımıza yeriyən bir psixofunksiya varki bu da "Sağ qalma" adlanır, hadisə baş verən an özünü qoruma instinkti, təslim olmama hissi.. məhz ona köklənənlər sağ qalanlar, həyat eşqini itirməyənlər idiki onlar möcüzəli şəkildə dağıntılar altında xilas olundular, əslində elə zərər çəkənlərə ən böyük stimul da həmən şəxslərdir.
Olduqca ağrılı da olsa qeyd etməliyik ki, heç kəsin sığortalanmadığı bu dəhşətlər yaşansa belə həyatın sonu deyil prinsipinə arxalanmaq lazımdır.
Zəlzələdə öz yaxınlarını itirənlər də, böyük bir şok yaşayanlar da, möcüzəli şəkildə saatlar sonra yenidən öz həyat ritminə davam edənlər də eyni zamanda çox uzağlarda həyəcandan, qorxu hissindən depressiya yaşayanlar da, hər kəs yenidən cəmiyyətə adaptasiya olunmalı və cəmiyyətin bir parçası olaraq həyata davam etməlidirlər.
Odur ki, ümidinizi heç zaman itirməyin, güclü, iradəli biri olaraq yaşama davam edin. Bəlkə də bu gün cümlələr və sözlər acizdir ki, hansısa təskinlik xarakterli addım ataq. Amma unutmayaq ki, həyat güclüləri sevir və siz də həmən o güclü və iradəli fərdlərdənsiniz.
Həyata bərk- bərk sarılın, özünüzü və xarakterinizi bir daha cəmiyyətə sübut edin.
Mütləq şəkildə, daxilən rahat olsanız belə psixologlara, bu sahənin mütəxəssislərinə müracət edin, bu sizin haqqınızdır və siz yaşadığınız heç bir olaya görə utanc hissi yaşamamalısınız. Unutmayın ki, hələ görəcəyiniz çox iş, verəcəyiniz olguqca böyük töhfələr vardır.
Özgüvəninizi və iradənizi heç zaman zəiflətməməyi özünüzə amal edin. Siz güclü və bacarığlısınız, rahat həyat və xoş günlər sizin haqqınızdır!
Ülkər Piriyeva