Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.
Belə ki, Berdiməhəmmədov bu təşəbbüslə Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən sammitində çıxış edib.
O, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanla yaxından tanış olduğunu deyib:
“Türkiyə prezidenti təkcə öz xalqının deyil, bütün müsəlman xalqlarının əmin-amanlığını təmin etmək üçün böyük işlər görür. Türkiyə prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edir və bütün müvafiq təklifləri tam dəstəkləyirik. Erdoğan bu beynəlxalq mükafata layiq liderdir”.
Daha öncə Türkiyə və Macarıstan nümayəndələri də Erdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyə çağırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.