Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində islahatların fonunda bildirib ki, o, yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığı üçün seçkilərdəki reytinqini ölkənin maraqları naminə qurban verməyə hazırdır.
O bu barədə “France 2” telekanallarına müsahibəsində deyib.
“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən ikincini seçəcəyəm. Qeyri-populyarlıqla üzləşməli olsam, buna hazıram”.
Dövlət başçısı etiraf edib ki, “qanuni qəzəbi söndürməyə çalışmaq” onun öhdəliyindədir, lakin qəzəbin zorakılığa çevrilməməli olduğunu vurğulayıb və bunu qəbuledilməz adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.