AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Kiyev və ətraf ərazilərdə İran istehsalı olan növbəti dron hücumları dalğasına başladı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 28-03-2023, 20:30

    Rusiya Kiyev və ətraf ərazilərdə İran istehsalı olan növbəti dron hücumları dalğasına başladı -


    Martın 27-də hərbçilər bildiriblər ki, Rusiya Kiyev və ətraf ərazilərə İran istehsalı olan növbəti dron hücumları dalğasına başlayıb. Lakin Ukrayna hərbi qüvvələrinin verdiyi məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri onların demək olar ki, hamısını vurub. İtkilər barədə dərhal məlumat verilməyib. Bu, şərqdə Donetsk bölgəsində Baxmut və şəhərin ətrafında şiddətli döyüşlərin davam etdiyi vaxt baş verib.

    Martın 27-də ilkin olaraq Kyiv, Çerniqov, Sumi, Dnepropetrovsk, Zaporijye və Luqansk vilayətlərində elan edilmiş hava hücumu xəbərdarlığı daha sonra Xerson, Jitomir və Kirovoqrad rayonlarına da şamil edilib.

    "Rusiya qüvvələri Ukraynaya hava zərbələri endirmək üçün 15 Shahed-136 hücum dronlarından istifadə edib və onlardan 14-ü Ukrayna hərbçiləri tərəfindən məhv edilib", Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik bülletenində bildirib.

    "Ukraynanın bütün ərazisində növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır" – deyə, Baş Qərargah xəbərdarlıq edib.

    Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, Ukrayna paytaxtı yaxınlığında bir gecədə 12 dron vurulub.

    Şəhər meri Vitali Kliçko paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışlarn baş verdiyini bildirib. Kliçko qeyd edib ki, yanğın Svyatoşin rayonunda mağazanı bürüyüb, lakin onun qarşısı sürətlə alınıb və qurbanların olduğu barədə məlumat verilməyib. Ehtimal olunur ki, yanğın vurulan pilotsuz təyyarənin dağıntılarının düşməsi nəticəsində baş verib.

    Şərqdə Baş Qərargah Donetsk vilayətində bir neçə cəbhədə döyüşlərin getdiyini, Ukrayna qüvvələrinin son 24 saat ərzində 62 hücumunu dəf etdiyini bildirib. Rusiya qüvvələri Moskvanın hücumunun episentrinə çevrilmiş dağılmış mədən şəhəri olan Baxmuta ardıcıl olaraq hücumları davam etdirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR