AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körpə Xədicənin sağalması üçün oxuduğu 204 saylı orta məktəb yüksək məbləğdə yardımla dəstək verdi - Eksklüziv

  • + A
  • - A
  • 29-03-2023, 23:24

    Körpə Xədicənin sağalması üçün oxuduğu 204 saylı orta məktəb yüksək məbləğdə yardımla dəstək verdi -




    Bakı, 29 mart — Azadmedia.az.


    Əziz oxuyucularımız, ötən gün Bakı şəhəri Xətai rayonu 204 saylı tam orta məktəbin 6-cı sinif şagirdi olan Quluzadə Xədicə adlı körpə balamız barədə bir xəbər paylaşaraq vətəndaşlardan dəstək olmalarını xahiş etdik.

    Nəzərinizə çatdıraq ki, Quluzadə Xədicə adlı körpə balamız əvvəl ağ ciyər xəstəliyindən, hazırda isə, əzələ boşluğundan əziyyət çəkməkdə idi və “Bono Deo” xəstəxanasında yatırdı.

    Azadmedia.az-da verilən xəbərin üstündən çox keçmədən tam da 29 mart, 2023-cü il tarixində Quluzadə Xədicə balanın oxuduğu 204 saylı orta məktəb səsimizə səs verdi.

    Belə ki, 204 saylı orta məktəbin direktoru Mehdiyev Rafael, zavuçları Qasımova Əntiqə və Əliyeva Kübranın təşəbbüs və dəstəkləri ilə həmin məktəbin müəllim, valideyn heyəti könüllü olaraq 5000 AZN toplayaraq körpə Xədicənin müalicəsinin aparılması üçün atası Səbuhi Quliyevə təqdim ediblər.

    Bu minvalla, Azadmedia.az vasitəsilə Xədicənin valideynləri, xüsusilə atası Səbuhi Quliyev qızının oxuduğu 204 saylı orta məktəbin direktoru Mehdiyev Rafael başda olmaqla, zavuçlar Qasımova Əntiqə, Əliyeva Kübra, eyni zamanda bütün müəllim və valideyn kollektivinə səmimi qəlbdən minnəttarlığını bildirib.

    Q. Səbuhi qeyd edib ki, “maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından 204 saylı orta məktəbin direktoru Mehdiyev Rafael müəllim və bütün kollektivinə təşəkkür edir, hörmət və ehtiramımı bildirirəm.”

    Azadmedia.az rəhbərliyi X. Xəlilov və bütün kollektivi körpə Xədicəyə dəstəyə görə həmin məktəbə təşəkkür edir!





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR