Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan İYİ Partiyasının başqanı Meral Akşenerin zəlzələ bölgəsindəki inşaat işləri ilə bağlı hakimiyyətə yönəlik tənqidlərinə sərt şəkildə cavab verib.
Belə ki, dövlət başçısı bu barədə ATV-də canlı yayımda müsahibəsində deyib.
“Yalanlara ehtiyac yoxdur, biz ediriksə, edərik, Meral xanım. Tayyip və Erdoğan adlarına da diqqət et! Biz hər addımımızı diqqətlə atarıq! 20 illik iqtidarımız dönəmində İstanbul-İzmir magistrallarına yaxşı bax! Kocaelidə yaşayırsan, ora da diqqət et! Yalanla işin olmasın! Başını yanlış yerə vurursan, diqqət et, məni özünlə məşğul etmə!” - deyə Erdoğan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.