AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi - ÖZƏL

  • + A
  • - A
  • 30-03-2023, 19:17

    Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi -

    Berkin Müdafiə Sənayesi Mühəndisliyi
    Başqanı Yücel Atalay



    “Martın 31-də Azərbaycan türklərinə qarşı qəsdən soyqırımı törədilib.” Bunu Berkin Müdafiə Sənayesi Mühəndisliyi İdarə Heyətinin sədri Yücel Atalay Azadmedia.az-a açıqlamasında “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verərkən bildirib.


    1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
    Bu minvalla, Berkin Müdafiə Sənayesi Mühəndisliyi Başqanı Yücel Atalay “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib.


    Berkin başqanı Yücel Atalay bildirib ki, “1918-ci il martın 31-də Bakıda Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə aktlarının soyqırımı olduğu şübhəsizdir. Bəli, Martın 31-də Azərbaycan türklərinə qarşı qəsdən soyqırımı törədilib.”


    Yücel Atalay qeyd edib ki, azərbaycanlıların soyqırımı bütün bəşəriyyətə, insanlığa qarşı törədilən mənfur erməni vandalizminin təzahürüdür.


    Berkin başqanı vurğulayıb ki, “1918-ci il martın 31-də ermənilər ətraf şəhərlərdə, xüsusilə Bakıda on minlərlə Azərbaycan türkünü qətlə yetiriblər. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində yenidən açılmış dosyelər obyektiv araşdırıldı və həmin tarixdə Bakıda Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə etnik təmizləmənin soyqırımı olduğuna dair bütün şübhələr ortadan qalxdı. Belə ki, Sovet dövründə gündəmə gətirilməsinə icazə verilməyən bu hadisə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə ictimaiyyətinə və dünyaya tanıtıldı. Mən də öz növbəmdə, Türkiyə Cumhuriyyəti vətəndaşı olaraq 31 martı ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı kimi anır və qardaş Azərbaycan xalqına baş sağlığı verirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR