AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avstraliyanın xarici işlər nazirinə 31 Mart soyqırımı barədə məlumat verilib - FOTO

  • + A
  • - A
  • 3-04-2023, 13:33

    Avstraliyanın xarici işlər nazirinə 31 Mart soyqırımı barədə məlumat verilib -


    Avstraliyada yaşayan Azərbaycan icması 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkə hökumətinə və parlamentarlara müraciət edib.

    Avstraliyanın xarici işlər naziri Penni Vonqa ünvanlanan məktubda Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru Mikayıl Oyta 105 il öncə etnik erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında bolşevik və erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə ətraflı məlumat verib.

    1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mart soyqırımının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası təsis etdiyi, sübutlar əsasında müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işinin açıldığı və həbslərin aparıldığı, lakin bu kütləvi cinayətin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan addımların sovet işğalı səbəbindən yarımçıq qaldığı nəzərə çatdırılıb.

    Qeyd edilib ki, yalnız Azərbaycan dövlət müstəqilliyini bərqərar etdikdən sonra Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırıma siyasi qiymət verilib və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

    Azərbaycan xalqının və hökumətinin mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiyini vurğulayan assosiasiya sədri dünya və Avstraliya ictimaiyyətini bu tarixi hadisələrdən dərs almağa və erməni faşizminin əsl mahiyyətini ifşa etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR