AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAYKAR rəsmi olaraq Azərbaycanda - ÖZƏL

  • + A
  • - A
  • 3-04-2023, 15:45

    BAYKAR rəsmi olaraq Azərbaycanda -

    Bakı, 3 aprel — Azadmedia.az

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin Baykar şirkətinin texniki direktoru Səlcuq Bayraktarı qəbul edib.

    Görüş zamanı bildirilib ki, Baykar artıq rəsmi olaraq Azərbaycanda şirkət kimi fəaliyyətə başlayıb.

    Bu barədə Azadmedia.az-a Baykar şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

    Səlcuq Bayraktar Azərbaycan və Türkiyə qardaşlığını yüksək texnologiyaların inkişafı ekosistemləri vasitəsilə möhkəmləndirmək məqsədilə yeni yaradılan Bayraktar Technology Azərbaycan şirkəti haqqında Prezident Əliyevə məlumat verdi. Bayraktar Technology Azərbaycan şirkəti süni intellektli robot pilotsuz sistemlərin tədqiqi və inkişafı, pilotsuz sistem platformaları, fabrik səviyyəsində texniki xidmət, pilotsuz sistemlərin pilotluğu, texniki və texniki xidmət hazırlığı, sahə səviyyəsində texniki dəstək, logistika koordinasiyası sahələrində işləməyi hədəfləyir.

    Səfərin sonunda Səlcuq Bayraktar milli və orijinal olaraq Baykar tərəfindən hazırlanmış Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma-nın maketini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR