Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ölkəsinin Ukraynaya silah tədarükünü ləngitməsi səbəbindən prezident Vladimir Zelenskidən üzr istəyib və buna görə utanc hissi keçirdiyini bildirib.
Belə ki, R.Habek üzrxahlığını Zelenski ilə birgə Ukraynanın Çerniqov vilayətinə işgüzar səfəri zamanı dilə gətirib.
Almaniya rəsmisi Zelenski ilə 2021-ci ildəki görüşünü və onun mümkün müharibə ilə bağlı xəbərdarlığını xatırladıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.