ABŞ-ın keçmiş prezidenti Donald Tramp sahibi olduğu “Trump Organization” şirkətində iddia olunan maliyyə fırıldaqçılığı işi üzrə ifadə vermək üçün Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsin ofisinə gəlib.
TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bu iş ötən həftə respublikaçıya qarşı irəli sürülən maliyyə fırıldaqçılığı ittihamı ilə bağlı deyil. 2022-ci ilin avqustunda Tramp ştatın baş prokuroru Letisiya Ceymsin rəhbərlik etdiyi istintaq çərçivəsində artıq ifadə verib. O zaman prokurorluğun iclası dörd saata yaxın davam etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.