Çin ABŞ Federal Təhqiqat Bürosunun (FTB) rəsmi Pekinə məxsus hava şarının vurulması ilə bağlı insidentin nəticələrini dərc edəcəyindən ehtiyatlandığından Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin ölkəyə səfərinə icazə verməyib.
TASS-a xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Belə ki, Pekin Vaşinqtona ABŞ diplomatiyasının rəhbərinin fevral ayında Amerika administrasiyasının təhqiqatın nəticəsi ilə bağlı planları aydın olana qədər ləğv etdiyi səfər üçün yeni tarix seçməyə hazır olmadığını bildirib.
Qeyd edək ki, qəzet yazır ki, Çin rəsmiləri Ağ Evin dövlət katibinin Çinə səfəri zamanı FTB hesabatını dəlillərlə, sübutlarla birlikdə açıqlayacağından qorxur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.