AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başladı - SON DƏQİQƏ

  • + A
  • - A
  • 17-04-2023, 13:08

    NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başladı -

    İsveçdə NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başlayır.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, son 25 ildə ölkə ərazisində keçirilən ən böyük hərbi təlimdir.

    Quru, dəniz və hava qüvvələrinin iştirak etdiyi təlimin məqsədi İsveçin müdafiə qabiliyyətini artırmaqdır.

    Belə ki, təlimdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edəcək.

    Qeyd edək ki, əsas əməliyyatlar İsveçin cənub və şimalındakı sərhədyanı ərazilərdə, həmçinin Qotland adasında keçiriləcək.

    Təlimlər mayın 11-də başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR