İsveçrənin “Global Clearance Solutions AG “ şirkəti Kiyevə 20-yə yaxın minatəmizləmə maşını tədarük edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib.
Belə ki, “Global Clearance Solutions AG “ İsveçrə şirkətidir, lakin istehsal müəssisələri ölkədən kənarda, Almaniyada yerləşir.
Həmçinin bildirilib ki, müqavilənin şərtlərinə əsasən, bu il ərzində 20-yə yaxın minatəmizləmə maşını Ukraynaya veriləcək.
Qeyd edək ki, “İsveçrə hökuməti bu sövdələşmədə iştirak etmir”, - deyə şirkət rəsmisi vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.