İranın İordaniyadakı zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub

İranın İordaniyadakı zərbəsi nəticəsində iki ABŞ hərbçisi həlak olub
İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına endirdiyi raket zərbəsi nəticəsində iki amerikalı hərbçi həlak olub, daha bir neçə nəfər isə yaralanıb. Bu barədə ABŞ rəsmilərinə istinadən Axios məlumat yayıb.
Məlumata görə, şənbə günü İranın azı iki ballistik raketi ABŞ hərbçilərinin və qırıcı təyyarələrinin yerləşdiyi Muvaffaq Salti aviabazasına düşüb. Hadisə iki həftə əvvəl yenidən alovlanan döyüşlərdən sonra ABŞ ordusunun verdiyi ilk itki kimi qiymətləndirilir.
Bununla da, hazırkı münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 16-ya çatıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücum nəticəsində itkilərin olduğunu təsdiqləyib və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.