Nyu-York meri Netanyahuya qarşı həbs məsələsini gündəmə gətirdi

Nyu-York meri Netanyahuya qarşı həbs məsələsini gündəmə gətirdi
Nyu-York şəhərinin meri Zöhran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə onun həbs olunması imkanının müzakirə edildiyini açıqlayıb.
bu barədə Mamdani The New York Times qəzetinə müsahibəsində danışıb.
Mer bildirib ki, rəhbərlik etdiyi administrasiya Netanyahunun şəhərə səfəri zamanı saxlanılması ilə bağlı hüquqi imkanları araşdırır.
"Baş nazir Netanyahu Haaqaya göndərilməlidir. O, Beynəlxalq Cinayət Məhkəməsinin ittiham irəli sürdüyü hərbi cinayətkardır", – deyə Mamdani vurğulayıb.
Bununla yanaşı, o etiraf edib ki, xarici dövlət rəhbərinin saxlanılması barədə polisə göstəriş vermək səlahiyyətinə malik olub-olmadığı hələ də hüquqi baxımdan aydın deyil. Mer bu məsələ ilə bağlı Nyu-York Polis Departamenti ilə aktiv məsləhətləşmələrin aparıldığını da qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.