AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəblər sentyabrın 1-i açıla bilər? - VİDEO

  • + A
  • - A
  • 23-05-2023, 08:19

    Məktəblər sentyabrın 1-i açıla bilər? - VİDEO

    Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

    Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

    Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

    Ekspertin fikrincə, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

    "Qəbul imatahanlarının mart ayında keçirildiyini nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq",- deyə ekspert bildirib.

    Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

    Xezerxeber.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR