NATO kontingentindən 700 əlavə hərbçi Kosovaya göndəriləcək.
Azadmedia.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, "Biz Balkan bölgəsi üçün operativ ehtiyatdan əlavə 700 nəfər göndərmək qərarına gəldik. Həmçinin, daha bir batalyon döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Lazım gələrsə, onlar da yerləşdiriləcək", - deyə o bildirib.
Həmçinin Stoltenberq NATO-nun KFOR kontingentinin təhlükəsizliyi təmin etmək üçün zəruri addımları atacağını vurğulayıb və Kosovada vəziyyəti gərginləşdirən tərəfləri zorakılığı dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, iki gün öncə Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.