Parlamentdə and içdikdən sonra rəsmi prezidentlik fəaliyyətinə başlayan Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğan Anıtqəbirə gedib.
Ərdoğan Atatürkün məqbərəsinə əklil qoyub.
Bir dəqiqəlik sükutdan və Dövlət Himninin oxunmasından sonra prezident Milli Paktı Qülləsinə gedərək Anıtqəbir Xüsusi Kitabını imzalayıb.
Ərdoğan xüsusi qeyd dəftərinə bu sözləri yazıb: "Hörmətli Atatürk! Türkiyə daha bir seçki prosesini örnək olacaq rekord fəallıq və demokratiya ab-havasında dinc mühitlə başa vurdu. Mayın 14-də Türkiyə Böyük Millət Məclisinə 28-ci dönəm millət vəkillərini təyin edən millətimiz, mayın 28-də keçirilən Prezident seçkilərinin ikinci turunda 52,18 faiz səslə bir daha bizə böyük rəğbət göstərdi. Şükürlər olsun ki, daha 5 ildir vətənimizə, ulu millətimizə xidmət etmənin xoşbəxtliyini yaşayırıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.