Reaksiya sərt olacaq, üsyançılar cəzalandırılacaq. Biz həm xalqımızı, həm də dövlətçiliyimizi istənilən təhlükədən, o cümlədən daxili xəyanətdən qoruyacağıq.
Azadmedia.az xəbər verir kk, bu sözləri canlı yayımda deyən Rusiyanın dövlət başçısı Putin qeyd edib ki, silahlı Qüvvələr və digər dövlət qurumları lazımi əmrləri alıb:
"Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda “əlavə antiterror tədbirləri” tətbiq edilib.
Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Bu, çətin olaraq qalır. Əslində mülki və hərbi orqanların işi əngəllənib.
Yoldaşlarına silah qaldıranlar Rusiyaya xəyanət etdilər və buna görə cavab verəcəklər".
Sonda Putin qeyd edib ki, bizim üçün əziz və müqəddəs olanı xilas edib müdafiə edəcəyik, Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq, daha da güclənəcəyik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.