Türkiye Uzay Ajansı kosmik şirkəti NASA-nın təşkil etdiyi Beynəlxalq Kosmik Tətbiqlər yarışmasında (Space Apps Challenge) iştirak edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.
Belə ki, "TUA vasitəsilə NASA ilə əməkdaşlıq edirik. Bununla biz onların təcrübələrindən faydalanmaqla yanaşı, öz kosmik layihələrimizi də həyata keçirəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı Milli Kosmos Proqramında iddialı hədəfləri olan ölkəyik. Kosmos texnologiyalarına daha çox sərmayə ayıracağıq'', - deyə o əlavə edib.
Xatırladaq ki, dünyada və kosmosda ortaya çıxan problemlərə həll hazırlamaq və onları birgə həll etmək məqsədi daşıyan Space Apps Challenge yarışmasında Türkiyə ilə yanaşı, Avropa, Yaponiya, Çin, Avstraliya və Cənubi Afrikadan (ESA, JAXA, CSA, ASA, SANSA) mühüm kosmik agentliklər də iştirak edəcək.
Qeyd edək ki, NASA Space Apps Challenge dünyanın bir çox şəhərlərində 48 saatdan çox davam edən beynəlxalq hakatondur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.