İsrail kəşfiyyatı MOSSAD Türkiyədə yaşayan əcnəbiləri izləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə kiv məlumat yayıb.
Belə ki, “Türkiyə Milli İstihbarat Təşkilatı MOSSAD agentlərinin respublikada yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Onlar CPS cihazları ilə nəqliyyat vasitələrinin hərəkətini izləyib, qacetlərini vayfay şəbəkələrinə qoşmaqla əcnəbilərin Türkiyədə yaşadıqları yerləri müəyyənləşdiriblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu, Türkiyədə xarici vətəndaşlar arasında ictimai etiraza səbəb ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.