Ukraynada müharibə gözləniləndən uzun davam edərsə, F-16 qırıcıları bu ölkəyə verilə bilər.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi deyib.
Qeyd edək ki, “F-16 heç bir vaxt hücum silahı olaraq qəbul edilməyib. Prosesləri izləyirik. Ümid edirik ki, müharibə daha tez bitər. Amma bitməzsə, o zaman F-16-ları tədarük edəcəyik”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.