Avropa İttifaqı qurumları Ukraynaya yardım etmək və öz ehtiyatları üçün sursat istehsalını artırmaq məqsədilə müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək 500 milyon avro ayırmağa razılaşıb.
Azadmedia.az-ın xəbərinə görə, Aİ Şurası və üzv dövlətlərdən ibarət Avropa Parlamenti sursat artımı ilə bağlı hüquqi tənzimləmə barədə razılığa gəlib.
Belə ki, “Sursat İstehsalına Dəstək Qanunu” adlanan hüquqi tənzimləmə quru əsaslı artilleriya döyüş sursatları və raketlərin istehsalı potensialının inkişaf etdirilməsi üçün Aİ büdcəsindən 500 milyon avro ayrılmasını nəzərdə tutur.
Həmçinin Aİ-nin maliyyə dəstəyi Avropadakı müdafiə sənayesi şirkətlərinə qrant olaraq veriləcək.
Qeyd edək ki, Aİ qanunvericiliyinin iyulun sonundan əvvəl qüvvəyə minməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.