Cənubi Koreyada leysan yağışlar nəticəsində 33 nəfər ölüb.
Azadmedia.az bu barədə "Associated Press"ə istinadən xəbər verir. Bildirilir ki, günlər ərzində yağan leysan yağışlar daşqınlara və torpaq sürüşməsinə səbəb olub və evləri dağıdıb. Daşqınlar ən azı 33 nəfərin ölümünə səbəb olub. Qeyd olunur ki, xilasedicilər bu gün su basmış tuneldən yeddi cəsəd çıxarıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.