Moskvada mədəniyyət və istirahət parkları, eləcə də paytaxtın zooparkı müvəqqəti bağlanıb.
Buna səbəb paytaxtda yağan leysan və güclü külək olub.
İyulun 18-də günortadan sonra şəhər və Moskva vilayətində tufanla müşayiət olunan güclü leysan başlyıb. Nəticədə paytaxtın mərkəzi, qərb, cənub və şərq rayonlarını sel basıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxtda 60-a yaxın ağac aşıb, 50-dən çox avtomobilə ziyan dəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.