AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gəmilərə təhlükəsizlik zəmanəti verə bilmərik" - BMT

  • + A
  • - A
  • 20-07-2023, 19:31

    "Gəmilərə təhlükəsizlik zəmanəti verə bilmərik" - BMT


    BMT Rusiya Qara dəniz taxıl dəhlizi sazişini ləğv etdikdən sonra müharibə bölgəsində hərəkət edən gəmilərə təhlükəsizlik zəmanəti verə bilməyəcək.

    BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreşin Ukrayna və Rusiyanın taxıl və gübrələrinin qlobal bazara çıxarılması üçün səylərini davam etdirəcəyini vurğulayıb.

    Dujarrik "Ərzaq məsələsi baş katib üçün diqqətdən kənarda qalmayacaq qədər vacibdir" deyib.

    Taxıl ixracında Rusiyanın gəmiləri hədəf alma ehtimalı ilə bağlı fərqli fikirlərin gündəmə gətirildiyinə diqqət çəkən Dujarric "Bura bir müharibə bölgəsidir. Baş katibdən heç kim təhlükəsizlik zəmanəti tələb edə bilməz" ifadəsini işlədib.

    Birgə Koordinasiya Mərkəzindəki işçilərin məsləhət vermək üçün İstanbulda qalmağa davam etdiyinə diqqət çəkən Dujarric onu da deyib ki, “Biz Qara dəniz taxıl dəhlizi sazişinin və Rusiya ilə anlaşma memorandumunun məqsədlərinə sadiq qalırıq.

    BMT-nin sözçüsü Quterreşin anlaşma memorandumu çərçivəsində Rusiyanın tələbləri ilə bağlı indiyə qədər lazımi səyləri göstərdiyini, lakin bank qaydaları və sığorta bazarı kimi fərqli mövzulara nəzarət etmədiyini vurğulayaraq, "Bizim vəzifəmiz başqalarının qapısını döyməkdir və biz bunu etdik və etməyə davam edəcəyik" deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR