Türkiyənin “Turkish Aerospace” şirkəti və ASELSAN F-16 qırıcılarının eskadrilyasının modernləşdirilməsinə dair müqavilə imzalayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, dəyəri 2 milyard dollar olan müqavilə qırıcıları “Block 30” standartına və daha yuxarı səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub:
“Turkish Aerospace” və ASELSAN müqavilənin təfərrüatını açıqlamayıb. Modernləşdirmə proqramı Türkiyə istehsalı olan silah sistemlərinin inteqrasiyasını və ASELSAN tərəfindən hazırlanmış MURAD AFAR-dan yerli radarların quraşdırılmasını asanlaşdıracaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.